main-post-cover

    OnePlus CEO'su OnePlus 7 Pro'nun təqribi qiymət göstəricisi barəsində məlumat verdi

    Elm & Texnologiya
    24.04.2019
    Farid Pardashunas
        OnePlus şirkəti özünün OnePlus 7 flaqman smartfon seriyasının rəsmi təqdimat tarixini elan edəndən sonra istifadəçilər şirkətə təqdim olunacaq smartfonlar barədə suallar verməyə başladılar. İstifadəçilərdən biri isə OnePlus 7 Pro modelinin qiyməti barəsində sual verdi. Heç gözlənilmədən şirkətin CEO-su Pete Lau həmin istifadəçiyə cavab verdi. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Həmin istifadəçi Pete Lau-dan OnePlus 7 Pro modelini almaq üçün 745$-ın bəs edib-etməyəcəyini soruşub.
        Pete Lau isə öz növbəsində bildirib ki, məhz bu qədər pul OnePlus 7 Pro-nu almağa bəs edəcək. Bununla belə smartfonun dəqiq qiymət göstəricisi barəsində Pete Lau heç bir məlumat verməyib. Əvvəlki məlumat sızıntılarından belə qənaətə gəlmək olar ki, smartfon 700-750$ qiymətində satılacaq. Bu isə şirkətin əvvəlki smartfonlarından bir qədər bahadır. Müqayisə üçün qeyd etmək lazımdır ki, şirkətin keçən ilki OnePlus 6T modelinin qiyməti 579$-dan başlayır.
        OnePlus 7 Pro modelinin qiymətinin yüksək olmasının səbəblərindən biri də onda Samsung şirkəti tərəfindən istehsal edilən Quad HD+ keyfiyyətli tamamilə çərçivəsiz Super AMOLED ekran ola bilər. Məlumata əsasən adi OnePlus 7 modeli xarici görünüşcə OnePlus 6T-ə bənzəyəcək və ondan sadəcə olaraq yeni prosessor və təkmilləşdirilmiş ikili arxa kamera ilə fərqlənəcək. Qeyd etmək lazımdır ki, şirkət öz yeni smartfon modellərini 14 may tarixində təqdim edəcək. Gözləntilərə əsasən həmin təqdimat tədbirində şirkət 3 ədəd OnePlus 7 smartfon modelini təqdim edəcək: OnePlus 7, OnePlus 7 Pro və OnePlus 7 Pro 5G
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər