Logo
    main-post-cover

    OnePlus Nord Buds 2r naqilsiz qulaqlığı təqdim edilib

        OnePlus şirkəti Nord seriyasına daxil olan daha bir yeni məhsulunu təqdim edib. Söhbət, Nord Buds 2r adlı naqilsiz qulaqlıqdan gedir. Sözügedən yeni naqilsiz qulaqlıq öz satış qiyməti kateqoriyasında yaxşı akustik səsi, uzun müddət ərzində çalışma özəlliyi və su ilə tozdan qorunan gövdəsi ilə seçilir. Beləliklə Nord Buds 2r 12.4 mm-lik audio drayverlərlə təchiz olunub və Dolby Atmos ilə Bluetooth 5.2 texnologiyasının dəstəyinə sahibdir. Qulaqlıqlardan hər biri 2 ədəd mikrofon ilə təchiz olunub.
        Telefon danışıqları zamanı qulaqlıqlar sözügedən mikrofonlardan istifadə edərək AI Clear Call funksiyası çərçivəsində danışıq nitqinin daha detallı və təmiz ötürülməsini təmin edirlər. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 8 saat ərzində çalışa bilirlər. Şarj keysi sayəsində isə bu göstərici 38 saat təşkil edir. Qulaqlıqların gövdələri həmçinin IP53 standartı üzrə sudan və tozdan qorunurlar. Qeyd etmək lazımdır ki, Nord Buds 2r-də ətraf səs-küyün aktiv boğulması funksiyası mövcud deyil. Bu yeni naqilsiz qulaqlıq artıq Çin bazarında satışa çıxıb və 26$-a satılır. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər