Logo
    main-post-cover

    OnePlus Nord Buds 2R naqilsiz qulaqlığının qutusunun fotosu ortaya çıxıb

        Hələ bir neçə müddət bundan öncə məlum oldu ki, OnePlus şirkəti Nord Buds 2 naqilsiz qulaqlığının yeni versiyası üzərində çalışır. Söhbət, Nord Buds 2R-dən gedir. İndi isə sözügedən yeni naqilsiz qulaqlığın qutusunun fotosu təqdim edilib. Təqdim edilmiş qutu fotosundan da görmək olar ki, Nord Buds 2R xarici görünüşcə Nord Buds 2-yə bənzəyəcək. qulaqlıqlar vakuum konstruksiyasını və ağ rəngli gövdəni əldə edəcəklər. Bəzi məlumatlara əsasən Nord Buds 2R modeli orijinal Nord Buds 2-nin sadələşdirilmiş versiyası olacaq. Onun 70 avro qiymətində satılacağı gözlənilir. Qulaqlıqların texniki özəllikləri barəsində dəqiq bir məlumat yoxdur. Çox güman ki, Nord Buds 2R naqilsiz qulaqlığı OnePlus Nord 3 smartfonu ilə birlikdə iyul ayında təqdim ediləcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus Nord Buds 2R naqilsiz qulaqlığının qutusunun fotosu ortaya çıxıb | Technote