Logo
    main-post-cover

    OnePlus Pad planşetinin hansı qiymətə satılacağı məlum olub

        Bir neçə müddət bundan öncə OnePlus şirkəti öz ilk planşet modeli olan OnePlus Pad-ın ön sifarişlərinə start vermişdi. Lakin bununla belə şirkət planşetin hansı qiymətə satılacağını hələ elan etməyib. İnsayderlər isə bu məlumatı təqdim ediblər. Beləliklə insayderlərin vermiş olduqları məlumata əsasən OnePlus öz ilk planşet modelini 365-390$-a satmağı planlaşdırır. Söhbət, planşetin Hindistandakı satış qiymətindən gedir.
        Böyük ehtimal ilə planşet Avropada daha baha qiymətə satılacaq. Qeyd etmək lazımdır ki, OnePlus Pad hələ fevral ayında anons edilmişdi. O, 144 Hz-lik təsvir yenilənməsinə sahib 2800x2000 piksel keyfiyyətli 11.61 düym IPS ekran, MediaTek Dimensity 9000 prosessoru, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 13 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 9510 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
    Paylaş
    Bənzər xəbərlər