main-post-cover

    OnePlus şirkəti öz ilk mexaniki klaviaturasını satışa çıxardacaq

    Elm & Texnologiya
    06.12.2022
    Farid Pardashunas
        OnePlus şirkəti Keychron brendi ilə əməkdaşlıq elan edib. Sözügedən əməkdaşlıq çərçivəsində şirkət mexaniki klaviaturasını satışa çıxardacaq. Bu məhsul OnePlus üçün ilk belə bir təcrübə olacaq. OnePlus həmçinin OnePlus Featuring adlı platformasından da bəhs edib. Bu platforma çərçivəsində şirkət özü üçün standart olmayan məhsulları təqdim edəcək. Şirkətin ilk mexaniki klaviaturasının özəllikləri barəsində ətraflı məlumat verilməyib. Sadəcə olaraq məlumdur ki, klaviaturanı təkmilləşdirmək mümkün olacaq və o, 2023-cü ilin əvvəlində satışa çıxacaq. Sözügedən mexaniki klaviatura məhz OnePlus Featuring platforması çərçivəsində satılacaq.
        Bu platforma müxtəlif məhsulların satışa çıxarılması üçün şirkətin digər brendlər ilə əməkdaşlığına istiqamətlənib. Xiaomi bu cür tendensiyadan artıq uzun illərdir ki, istifadə edir və onun ekosisteminə çoxlu sayda müxtəlif brendlər və məhsullar daxildir. Maraqlısı ondadır ki, sözügedən təşəbbüsü işə salmazdan öncə OnePlus öz istifadəçiləri arasında sorğu keçirdib və həmin sorğu çərçivəsində istifadəçilərdən şirkətin hansı istiqamətdə yeni məhsulunun satışa çıxarılması soruşulub. Nəticədə istifadəçilərin çoxu məhz mexaniki klaviaturaya üstünlük veriblər. Analitiklərin fikirlərinə əsasən şirkət özü üçün uğurlu şəkildə yekunlaşmış 2022-ci ilin fonunda müxtəlif məhsullarla təcrübələr aparmağı hədəfləyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər