main-post-cover

    OnePlus Smart TV'nin ilk real fotosu təqdim edildi

    Elm & Texnologiya
    27.08.2019
    Farid Pardashunas
        OnePlus şirkətinin ilk smart televizor modelinin texniki göstəriciləri barəsində məlumat ortaya çıxandan sonra internetdə televizor modellərindən birinin real fotosu ortaya çıxıb. Sözügedən fotonu isə şirkətin CEO-su Pete Lau təqdim edib. Bununla yanaşı o, televizorun vacib özəlliklərindən biri barəsində məlumat da verib. Bu barədə Gizchina saytı xəbər verib. Təqdim edilmiş fotodan da görmək olar ki, OnePlus televizoru nazik simmetrik çərçivələr əldə edib. Lakin televizorun tam ölçüsünü fotoya əsasən təyin etmək qəlizdir.
        Məlumata əsasən QLED ekrana sahib televizor bir neçə versiyada satışa çıxacaq. Versiyalar öz aralarında ekran ölçüləri ilə fərqlənəcəklər. Belə ki, televizorlar 43 düym, 55 düym, 65 düym və 75 düym ölçülü ekranlara sahib olacaqlar. Ekran ölçülərinin hər birində ekranın özü 3840x2160 piksel keyfiyyətində olacaq. Smart televizor MediaTek MT5670 prosessoru və 3 GB RAM ilə təchiz olunacaq. Əməliyyat sistemi kimi isə Android Pie əsasında qurulmuş Android TV seçilib. Şirkətin CEO-su Pete Lau bildirib ki, istifadəçilərə daha yaxşı istifadə təcrübəsini təqdim etmək üçün əməliyyat sistemi televizora əsasən optimizasiya edilib.
        O həmçinin qeyd edib ki, indiyənə kimi istifadəçiyə lazımi istifadə təcrübəsini verə bilməyən çoxlu sayda premium televizor modelləri görüb. Lakin o həmçinin istifadədə rahat olan amma orta səviyyəli texniki göstəricilərə sahib televizor modellərini də görüb. O bildirib ki, OnePlus üçün vacib olan həm məhsulun keyfiyyəti həm də istifadəçinin məhsul barəsində təəssüratlarıdır. OnePlus TV Hindistan bazarında sentyabr ayında satışa çıxacaq. Onun qiyməti barəsində hələki məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər