
Orta səviyyəli Huawei Y7 Prime (2018) təqdim olundu
Elm & Texnologiya
28.03.2018
Emil
Huawei şirkəti P20. P20 Pro və Mate RS Porsche Design modellərindən
əlavə olaraq Y7 Prime (2018) adlı orta səviyyəli smartfonu da təqdim edib. Bu
model 18:9 nisbətli
ekrana və ikili arxa kameraya sahibdir. Smartfon EMUI 8.0 interfeysli Android
8.0 Oreo əməliyyat sistemi əsasında çalışır. Texniki göstəricilərə gəldikdə isə
Y7 Prime (2018) 1440x720 piksel keyfiyyətli 5.99 inç ekran, 8 nüvəli Snapdragon
430 prsessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (microSD dəstəkli), 13 + 2 MP-lik
arxa kamera, 8 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz
olunub. Smartfonun arxa panelində həmçinin barmaq izi skanı texnologiyası da
var. Smartfonun satış tarixi və qiyməti barəsində hələki heç bir məlumat verilməyib.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
