Rekord yaddaş həcmi. Huawei Mate RS Porsche Design adlı super flaqman modeli

Rekord yaddaş həcmi. Huawei Mate RS Porsche Design adlı super flaqman modeli

Texnologiya
28.03.2018 PAYLAŞIM

    P20 və P20 Pro əsas flaqman modelləri ilə birlikdə Huawei şirkəti həmçinin Mate RS Porsche Design adlı super flaqman smartfonunu təqdim etdi. Smartfonun əsas özəllikləri sırasında üçlü arxa kamera, 512 GB daxili yaddaş həcmi durur. Xarici görünüşcə Mate RS Porsche Design P20-ə bənzəmir. Belə ki, Mate RS Porsche Design-ın ön panelinin yuxarı hissəsində çıxıntı yeri yoxdur. Onun arxa kamerası isə arxa panelin ortasında yerləşir. Smartfonun korpusu metaldan hazırlanıb. Onun ekranının kənarları əyilmiş formadadır. Cihaz yuxarı və aşağı hissələrdə nazik çərçivələrə sahibdir.



    Mate RS Porsche Design iki barmaq izi skanı texnologiyasına sahibdir. Onlardan biri arxa paneldə digəri isə ekranda yerləşir. Buna görə də istifadəçi müxtəlif vəziyyətlərdə ona rahat olan istənilən barmağını smartfonu blokdan çıxartmaq üçün istifadə edə bilər. Əvvəldə də dediyimiz kimi Mate RS Porsche Design üçlü arxa kameraya sahibdir. Adi çəkiliş və beşqat hibrid zoom üçün 40 MP-lik rəngli sensor, təsvirlərin dəqiqliyi və detalizasiyası üçün 20 MP-lik ağ-qara sensor və üçqat zoom üçün 8 MP-lik uzunfokuslu rəngli sensor. Kameralar Leica şirkətinin əməkdaşlığı çərçivəsində hazırlanmışdır. Həmçinin Mate RS Porsche Design-ın üçlü arxa kamerası saniyədə 960 kadrlı slo-mo videolar da çəkə bilir.


    Texniki göstəricilərə gəldikdə isə Mate RS Porsche Design 18:9 nisbətli 6 inç QHD+ ekran, neyroşəbəkə imkanlarına sahib olan Kirin 970 prosessoru, 6 GB RAM, 256/512 GB daxili yaddaş və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun əsas maraqlı məqamı onun qiymətindədir. Belə ki, 6 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya 1695 avro, 6 GB RAM və 512 GB daxili yaddaşa sahib versiya isə 2095 avro qiymətinə satılacaq. Smartfonun satışları gələn aydan start götürəcək. Qeyd etmək lazımdır ki, Apple Samsung kimi əsas rəqib şirkətlərin sonuncu modellərinin qiymətləri Mate RS Porsche Design-ın qiymətindən iki dəfə ucuzdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×