Logo
    main-post-cover

    Ötən günlərin birində Dünya tarixinin ən isti günü yaşanıb!

    Elm & Texnologiya
    25.07.2024
    Farid

         Qlobal istiləşmə və iqlim dəyişikliyi yeni rekordlar qırır. Avropanın iqlim xidməti Copernicus-un məlumatına görə, ötən bazar Yer kürəsi bəşəriyyət tərəfindən ölçülən ən isti gün kimi tarixə düşüb.

         Copernicus-un məlumatlarına görə, planetin orta temperaturu iyulun 21-də 17.09 dərəcəyə çataraq yeni rekorda imza atıb. Tarixin ən isti günü kimi qeydə alınan 21 iyul bazar günü, əvvəlki il iyulun 6-da qeydə alınan rekordu 0.01 dərəcə üstələyib. Həm bazar gününün rekordu, həm də keçənilki rekord, 2016-cı ildə müəyyən edilmiş əvvəlki 16.8 dərəcə Selsi rekordundan xeyli yüksəkdir.
         Copernicus-un direktoru Carlo Buontempo, verdiyi açıqlamada: “Biz həqiqətən də kəşf edilməmiş ərazidəyik. İqlim istiləşməyə davam etdikcə, biz gələn aylarda və illərdə rekordların qırıldığını görəcəyik. Həqiqətən təəccüblü olan isə son 13 ayın temperaturu ilə əvvəlki temperatur qeydləri arasında nə qədər böyük fərq olmasıdır." sözlərini deyib. Məlumatlara görə, bazar günü rekord istilik demək olar ki, bütün qitələrdə hiss olunub. Copernicus-un məlumatlarına görə, Antarktidanın əksər hissəsində temperatur normadan təxminən 12 dərəcə yüksək olub. Bundan əlavə, təkcə son 7 gündə planetin 550 yerində rekord gündəlik temperatur qeydə alınıb. Bu yüksək temperaturlara görə, elm adamları, bu ilin 2023-cü ildən daha isti ola biləcəyini düşünürlər.
    Paylaş