Logo
    main-post-cover

    Öz sevgilisinə evlilik təklifi etmək üçün 25 ədəd iPhone X aldı

    Elm & Texnologiya
    08.11.2017
    Emil
    Öz sevgilisinə evlənmək təklifi etmək üçün gənc videoyun yaradıcısı Chen Ming 25 ədəd iPhone X alaraq onları ürək formasında düzüb.
    Chen Ming 25 ədəd iPhone X smartfonunu ön sifariş etmişdi və 3 Noyabr tarixində smartfon rəsmi olaraq bütün dünyada satışa çıxandan sonra həmin cihazları əldə etmişdi. Öz sevgilisinə evlilik təklifi etmək üçün Chen Ming 25 ədəd iPhone X-i ürək formasında düzmüş, onun ətrafını qırmızıgül ləçəkləri ilə bəzəmiş və həmin ürəyin mərkəsinə üzük qoymuşdur. Bununla yanaşı o öz dostlarından da köməklik istəmişdi.

    Beləliklə onun dostları bütün bunları sirr olaraq saxlamış və Chen-in sevgilisinin olub-bitəndən xəbəri olmamışdır. Chen-in dostları onun sevgilisini lazımi yerə gətirəndən sonra qız bu mənzərədən heyrətə gəlib və evlilik təklifinə razılıq verib. Qeyd etmək laızmıdr ki, qızın 25 yaşı var və onun adı Lee-dir. Bu sürpriz üçün məhz iPhone X-in seçilməyi heç də təsadüfi deyil. Belə ki, Chen Ming məhz iOS əməliyyat sistemi üçün mobil oyunlar hazırlayır.

    Bu cütlük 2 il öncə videooyun sayəsində tanış olublar. Nəticədə oyunlar və elektron cihazlar bu cütlüyün həyatının ayrılmaz hissəsi olub. Məhz 25 ədəd iPhone X-in alınması da təsadüf deyil. Belə ki, bu rəqəm qızın yaşı ilə üst-üstə düşür. Cütlük qərara gəldi ki, bu qədər iPhone X modeli iki nəfər üçün çoxdur və onlar həmin smartfonları öz dostları arasında payladılar.

    Beləliklə bu cür lüks evlilik təklifi Ming-ə 31.5 min dollara başa gəlib. iPhone X-dən hazırlanmış ürək Çinin sosial şəbəkələrində yayılaraq viral xarakterli olub. İstifadəçilər isə öz növbəsində sual veriblər ki, avtomobil almaq və ya ev almaq üçün ilkin ödəniş etmək imkanı varkən nəyə görə bu qədər pul smartfonların alınmasına xərclənib?
    Paylaş
    Bənzər xəbərlər