
Özəl kosmik aparatın Aya enişi ilə bağlı kinematoqrafik video təqdim edilib (VİDEO)
Elm & Texnologiya
05.03.2025
Emil
Uzaq planetlərin qeyri-səlis görüntüləri artıq keçmişdə qalır. Texasın Firefly Aerospace şirkətinə məxsus Blue Ghost adlı Ay eniş modulu təkcə başqa bir səthə yumşaq eniş etmək bacarığını sübut etmədi, həm də ilk dəfə hadisə yerindən yüksək keyfiyyətli və hətta bədii dəyərə malik görüntülər göndərdi. Üstəlik, Blue Ghost öz eniş anını qeydə alaraq kinomatoqrafik baxımdan heyrətamiz bir video hazırladı - elə bil ki, bu kadrlar bir növ Oscar mükafatına layiq səhnədir. Modul 2 mart 2025-ci ildə uğurla Ay səthinə eniş edib. Onun kamerası Ay üfüqlərini və uzaqda Yer kürəsini çərçivəyə salıb. Bunu montajsız əldə etmək çətin olardı, amma enişin çəkilişləri tam realdır və möhtəşəm rakurslardan lentə alınıb.
Videoda Ay səthinə yaxınlaşan eniş modulu görünür. Səth saysız-hesabsız kraterlərlə örtülüb və modul onlardan birinin içinə eniş edəcək. Mühərriklər əvvəlcə yavaş-yavaş əyləc rejimində işləyir, ən son toxunma anından əvvəl tam güclə aktivləşir və böyük Ay tozu buludları havaya qalxır. Günəş modulun arxasından işıq saçır, bu da onun uzun kölgəsini səthə salır və kadrın əsas vizual elementi halına gətirir. Firefly Aerospace şirkəti sosial şəbəkə X-də təxminən üç dəqiqəlik eniş videosunu paylaşaraq belə yazıb: "Firefly-ın Ay səthinə enişini izləyin! Blue Ghost səthdəki potensial təhlükələri müəyyənləşdirib təhlükəsiz eniş nöqtəsi seçdikdən sonra Böhranlar dənizi adlı sahədə tam hədəfin üstünə eniş etdi. Bu, 2 mart tarixində baş verən və heç vaxt unutmayacağımız tarixi bir andır. Aya ayaq basan toz artıq bizim botlarımızın üzərindədir!".

Firefly Aerospace şirkətinin Blue Ghost modulu 15 yanvar tarixində SpaceX Falcon 9 raketi ilə kosmosa göndərilib. Eniş buraxılışdan 46 gün sonra uğurla həyata keçirilib. Bu aparat NASA-nın Commercial Lunar Payload Services (CLPS) proqramı çərçivəsində hazırlanıb və Aya enən ikinci özəl modul olub. Sabah, 6 mart tarixində Intuitive Machines şirkətinin Athena modulu da Ay səthinə eniş etməyə cəhd edəcək. Eyni zamanda, Blue Ghost ilə birlikdə Tokio mərkəzli ispace şirkətinin Resilience eniş modulu da daha uzun trayektoriya üzrə Aya doğru göndərilib. Bundan bir neçə gün əvvəl ispace şirkəti Resilience modulunun Ay enişini 5 iyun tarixinə planlaşdırdığını açıqlayıb.
Mənbə: Space.com
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Özəl kosmik aparat Ay səthindən Günəş doğuşunun fotosunu çəkib
Blue Ghost eniş modulu iş Ayda Günəşin doğuşunu əks etdirən möhtəşəm bir görüntü əldə edib. Aparat artıq fəaliyyətə başlayıb və tezliklə onunla eyni raketlə göndərilmiş digər iki modulun da eniş etməsi gözlənilir.

Elm & Texnologiya
Aya eniş etmiş ikinci özəl kosmik aparat ilk fotoları göndərib
ABŞ-ın Firefly Aerospace şirkətinə məxsus Blue Ghost kosmik aparatı Aya uğurla eniş edib. Aparat artıq Yerə ilk görüntüləri göndərib. Bu görüntülər arasında Ay səthindən çəkilmiş Yer planetinin fotoları da var.

Elm & Texnologiya
Tarixdə ikinci dəfə özəl şirkətin kosmik aparatı Aya uğurlu eniş etməyi bacarıb
Blue Ghost avtomatik kosmik stansiyası Aya yumşaq eniş edib. Bunun sayəsində bu aparatın yaradıcı şirkəti olan ABŞ-ın Firefly Aerospace şirkəti, belə bir uğura tarixdə imza atmış ikinci özəl şirkət (birincisi Intuitive Machines) oldu.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
