Logo
    main-post-cover

    Pavel Durov bitcoin vasitəsilə 35 milyon dollar əldə etdi və Telegram-ı hətta 20 milyard dollara belə satmaqdan imtina etdi

    Elm & Texnologiya
    12.12.2017
    Emil
    Məşhur Telegram messencerinin yaradıcısı Pavel Durov Dubayda şirkətin ofisinin açılmasını elan etdi.
    O, vergilərə qənaət səbəbilə bunu edib. Bu barədə Durov Bloomberg ilə söhbətində qeyd edib. O həmçinin bitcoinə olan investisiyalarından və Telegram-ı hətta 20 milyard dollara belə satmayacağından danışıb. 2014-cü ildə Telegram-ın yaradıcısı Pavel Durov 300 milyon dollar vəsait və 2000 bitcoinlə Rusiya Federasiyasını tərk etmişdi. 300 milyon dollar vəsaiti o, “Vkontakte” sosial şəbəkəsində olan hissələrinin satılması nəticəsində əldə etmişdir.
    Bitcoini isə o, hissələrinin satılmasından 1 il öncə almışdı. Həmin vaxtda 1 bitcoinin qiyməti 750$ təşkil edirdi. Beləliklə 2000 bitcoini alan zaman onların ümumi qiyməti 1.5 milyon dollar idi. İndi isə onların ümmumi dəyəri 35 milyon dollara yaxındır. Bloomberg-ə olan müsahibəsində Durov etiraf edib ki, bitcoinin məzənnəsinin kəskin şəkildə dəyişməsi onun üçün gözlənilməz idi. O həmçinin qeyd edib ki, kriptovalyutanın gələcəyinə inanır və onu rəqəmsal qızıl hesab edir.
    Bir neçə müddət bundan öncə Durov artıq bildirmişdi ki, kriptovalyutalar dünya maliyyə sisteminin ABŞ hegemonluğundan çıxmasına şans verir və Amerika dollarına potensial alternativ kimi çıxış edir. Durov həmçinin qeyd edib ki, Telegram xeyriyyə məqsədli layihədir. Durov onu 2018-ci ildə gəlirli etməyi planlaşdırır. Lakin bunu sadəcə olaraq şirkətin böyüdülməsi üçün edəcək. O, Telegramı satmaq fikrində deyil. Baxmayaraq ki, onu Silikon Vadisinin bir sıra böyük şirkətləri almaq istəyirlər. Onlar 3-5 milyon dollar vəsait təklif edirlər. Telegram hətta 20 milyard dollara da satılmayacaq. Sizə ömürlük zəmanət verirəm” – deyə Durov bildirib. 
    Paylaş
    Bənzər xəbərlər