PayPal-a ani pul köçürmələri funksiyası gəlib
Elm & Texnologiya
21.06.2017
Farid Pardashunas
“PayPal”ın əməliyyatlar üzrə baş mütəxəssisi Bill Ready, sözügedən servisdə yeni funksiyanın beta testini elan edib.
Söhbət, servisin digər istifadəçilərinə ani pul köçürmələrindən
gedir. Hələki bu yeni funksiya yalnız ABŞ istifadəçiləri üçün aktivdir. Ani P2P
köçürmələr bazarı getdikcə rəqabətli olmağa başlayıb. 2013-cü ildə Venmo adlı
startapın alışından sonra “PayPal” bu bazarda lider şirkət olmağa hazırlaşırdı.
“Apple” şirkətinin öz iMessage-i vasitəsilə ani pul köçürmələri özəlliyini nəzərə
alsaq, “PayPal” hal hazırda bu bazarda digər şirkətlərə çatmalıdır. Hal hazırda
öz yaxınlarına və ya dostlarına pul vəsaitləri göndərmək istəyən PayPal istifadəçiləri,
bank hesabına vəsaitin göndərilməsi adlı pulsuz funksiyadan istifadə edirlər.
Lakin bu funksiyanın həyata keçirilməsi üçün standart olaraq 1 gün lazımdır.
Ani pul köçürmələri isə bu müddəti 2-3 dəqiqəyə kimi endirir. Lakin bununla
yanaşı bu funksiyadan istifadə üçün 0.25$ komissiya ödəmək lazım gələcək. Hal
hazırda bu funksiya beta test mərhələsində yalnız bəzi ABŞ istifadəçiləri üçün
aktivdir. Yaxın bir neçə həftə və ya ay ərzində yeni funksiya bütün ABŞ istifadəçiləri
üçün aktiv olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək