
POCO Pods adlı yeni naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
28.07.2023
Emil
Xiaomi-nin POCO brendi POCO Pods adlı yeni naqilsiz qulaqlığını təqdim edib. Sözügedən yeni naqilsiz qulaqlığın əsas üstünlükləri siyahısında smartfona sürətli qoşulma imkanı, siqnal ötürülməsində gecikmənin aşağı olması və bir dəfə şarj olunandan sonra uzun müddət ərzində çalışma var. POCO Pods özündə 12 mm-lik audio drayverləri birləşdirir. Qulaqlıq bu və ya digər cihaza Bluetooth v5.3 LE texnologiyası vasitəsilə qoşulur və Google Fast Pair texnologiyasını dəstəkləyir. Google Fast Pair öz növbəsində qulaqlığın Android cihaza sürətli qoşulmasını təmin edir.
Məlumatda qeyd edilib ki, POCO Pods ətraf səs-küyün boğulması funksyasını dəstəkləyir. Ötürülən siqnalın gecikmə göstəricisi isə 60 millisaniyə təşkil edir. İdarəetmə prosesi qulaqlıqların gövdələrində olan sensorlu panellər vasitəsilə reallaşdırılır. Bununla yanaşı qulaqlıqların gövdələri IPX4 standartı üzrə su damcılarından qorunurlar. Şarj keysi hesabına POCO Pods 30 saat ərzində çalışa bilir. Qulaqlıqda reallaşdırılmış sürətli şarj texnologiyası sayəsində 10 dəqiqəlik şarj prosesi 90 dəqiqə ərzində musiqi dinlənilməsini təmin edir. POCO Pods artıq sabah Hindistanda 15$ qiymətində satışa çıxacaq. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər