main-post-cover

    Poco X2-nin qiyməti təqdimatdan öncə məlum oldu

    Elm & Texnologiya
    30.01.2020
    Farid Pardashunas
        Artıq Xiaomi-nin müstəqil brendi kimi fəaliyyət göstərən Poco öz yeni smartfon modeli olacaq Poco X2-nin təqdimatına hazırlaşır. Rəsmi təqdimat tədbirinə bir neçə gün qalmış isə insayderlər Poco X2-nin əks olunduğu yeni tizer fotosunu əldə ediblər. Həmin fotoda həmçinin smartfonun qiyməti də əks olunub. Bu barədə Gizmochina saytı xəbər verib.
        Son məlumat sızıntılarına əsasən Poco X2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran, Snapdragon 730G prosessoru, 6 GB RAM, 64 MP-lik (Sony IMX686) dördlü arxa kamera və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. İnsayderlərin əldə etdikləri tizer fotosuna əsasən Poco X2 266$ qiymətində satışa çıxacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, brendin ilk smartfon modeli olmuş Pocophone F1 modeli 400$ qiymətində satışa çıxmışdı. Lakin onu da nəzərə almaq lazımdır ki, Pocophone F1 flaqman smartfon modeli idi. Poco X2-nin təqdimatı 4 fevral tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər