Primatların beynində üz tanınması üçün xüsusi "mexanizm" olduğu aşkar edilib!
Elm & Texnologiya
16.07.2024
Primatların beyinlərində çox sürətli üz tanıma mexanizminin olduğu müəyyən edilib. Makaka meymunları üzərində aparılan araşdırma, bunun necə mümkün olduğunu da ortaya qoyub.
ABŞ Milli Sağlamlıq İnstitutunda işlərini davam etdirən elm adamları, primatlar üzərində əlamətdar araşdırma aparıblar. 2 makaka meymunu üzərində aparılan araşdırma, primatların beyinlərində üzləri müəyyən etmək üçün çox sürətli bir mexanizm olduğunu ortaya qoyub. İnsanlar üzərində aparılan araşdırmaya görə, görmə mərkəzinə daxil olan tanış üz, 380 millisaniyədə müəyyən edilə bilir. Ancaq digər primatlarda bu vəziyyət bir qədər fərqlidir. Tədqiqata görə, primatlar sadəcə 40 millisaniyə ərzində görmə mərkəzində belə olmayan üzləri müəyyən edə bilirlər.
Tədqiqat çərçivəsində alimlər, makaka meymunlarının beyin tezliklərini ölçmək qərarına gəliblər. Bu mövzuda, heyvanlara meymun üzləri, insan simaları, tərəvəz və meyvələr, insan tərəfindən hazırlanmış əşyalar göstərilib. Aparılan araşdırma nəticəsində məlum olub ki, obyektlər göstərildikdən sonra beyin fəaliyyəti, 30 millisaniyə ərzində gördüyü şeyin üz olub-olmadığını müəyyənləşdirib. Edilən müqayisələr isə 50 millisaniyə ərzində 80% dəqiqlik dəyərinə çatıb. Primatların bu xüsusiyyəti, beyindəki "superior colliculus" adlı bölmə sayəsində mümkün olmuşdur. Görmə qabığının erkən hissəsi ilə ara beyin arasında yerləşən superior colliculus, görmə sahəsinə daxil olan görüntünün görmə mərkəzində olmasa belə, aşkarlanmasını təmin edib. Tədqiqatçılar, bu bölgənin baş çevirmə refleksindən daha sürətli şəkildə işlədiyini bildiriblər.
elmi xeber
Scientific news
macaque monkey
science
science news
elmi xeberler
interesting news
Interesting informations
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...