
Prosessor istehsalçısı "Qualcomm", qaydaları pozduğuna görə külli miqdarda cərimə olundu
Elm & Texnologiya
07.05.2017
Farid
Koreyanın ədalətli ticarət üzrə komissiyası, "Qualcomm” şirkətini rekord məbləğdə cərimə edib.
Bunun isə əsas səbəbi, şirkətin, Cənubi
Koreya qanunvericiliyinin antimonopoliya qaydalarını pozmasıdır. Nəticədə
şirkət 854 milyon dollar məbləğində cəzalandırılıb. Komissiya belə bir nəticəyə gəlib
ki, "Qualcomm”, bazarda öz lider mövqeyindən istifadə edərək smartfon
istehsalçılarını, modemlərin mikrosexlərinin alışı zamanı geniş patentlər
komplektinə görə yüksək miqdarda vəsait ödəmələrini tələb edib. İstintaq
2014-cü ildən aparılıb. Bundan əlavə olaraq şirkəti həmçinin öz rəqiblərinə (Intel, Samsung və MediaTek kimi şirkətlər), patent standartlarına uyğun olan
lisenziyalaşdırmalardan imtinaya görə ittiham ediblər. Yüksək məbləğdə cərimə
hələ son deyil. Belə ki, şirkət bundan sonra lisenziya verilməsinin ədalətli səviyyədə keçirilməsini və bir çox
şirkətlərə mikrosxem ixracı üzrə müqavilələrin yenidən bağlanmasını təmin
etməldiir. "Qualcomm” isə komissiyanın qərarı ilə razı deyil. Şirkət
nümayəndələri bildiriblər ki, onlar digər yekun nəticələrin təqdim ediləcəyini
gözləyəcəklər və sonra işi apellyasiya məhkəməsinə təqdim edəcəklər.
Paylaş
Bənzər xəbərlər