main-post-cover

    Qadınların kişilərdən daha pis proqramlaşdırdıqlarını söyləyən şəxs, 'Google'dan çıxarıldı

    Elm & Texnologiya
    08.08.2017
    Farid Pardashunas

    “Google” şirkətinin daxil olduğu “Alphabet” holdinqi, şirkətin baş mühəndisi James Damore-ni işdən azad edib.

    Onun işdən çıxarılmasının əsas səbəbi isə anonim şəkildə qadınlar ilə kişilər arasında gender fərqi mövzusunda yazısı olub. Öz müsahibəsində James, qovulduğunu təsdiq edib. Bundan əlavə olaraq o qeyd edib ki, hal hazırda öz hüquqlarının qorunması baxımından müxtəlif üsulları incələyir. Keçən həftə “Google” şirkətinin əməkdaşları arasında “Müxtəliflik haqqında manifest” adlı 10 səhifəlik yazı yayılmışdı. Yazının müəllifi öz yazısında həmkarlarını, müxtəliflik üzrə mübarizəyə son qoyulmasına çağırır və bioloji özəlliklər səbəbilə qadınların kişilərdən daha pis proqramlaşdırmaq bacarığına sahib olduqlarını bildirmişdi. Onun fikrincə məhz bu fərqlilik səbəbindən biz, texnologiya və liderlikdə eyni sayda qadın və kişiləri görümürük. Yazıda qeyd olunduğu kimi sistematik düşünmə tərzi sayəsində kişilər proqramlaşdırmaya meyilli olurlar. Qadınlarda isə ideyaya deyil, estetika və hisslərə yönəlik açıq istiqamətləndirmə var. Məhz buna görə onlar adətən sosial və bədii sahələrdəki işlərə üz tuturlar. Bundan əlavə olaraq manifestin müəllifi, şirkət daxilində irqi müxtəlifliyə də qarşı çıxıb. Daha sonra “Google” həmin manifestin, şirkət siyasətini əks etdirmədiyini və sadəcə olaraq bir əməkdaşın fikirlərini özündə birləşdirdiyini və düzgün olmayan gender fikirlərinə sahib olduğunu bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər