Logo
    main-post-cover

    Qafqaz dağlarındakı 30 əsrlik qalanın sirri açıldı

    Elm & Texnologiya
    09.01.2025
    Farid
         Dmanisis Gora adlı nəhəng qala Avropa, Avrasiya Bozqırı və Yaxın Şərq arasında yerləşən Qafqaz bölgəsində E.Ə.1500-500-cü illər arasında inşa edilib. Bu bölgə bir sıra mədəniyyətlərin kəsişmə nöqtəsi kimi tanınır. 
         Krenfild Universitetindən Nathaniel Erb-Satullo araşdırma haqqında ''Dmanisis Gora təkcə Qafqazın cənub bölgəsi üçün yox, daha geniş bölgə üçün əhəmiyyətli sayılır.'' - deyir
         Qazıntılar ilk dəfə 2023-cü ilin yayında bölgədəki iki dərin vadi arasındakı ərazidə başladı, lakin ərazinin yaşıllığı azaldıqdan sonra, yəni payız aylarında edilən növbəti ziyarət strukturun əvvəl düşünüləndən daha böyük ola biləcəyini ortaya qoydu. 
          Araşdırmaçılar daha sonra daxili qala ərazisinin çölündə digər istehkam qalıqları tapdılar. Ərazinin böyüklüyünü yerdən anlamağın mümkünsüz olduğunu düşündükləri zaman ərazinin xəritəsini çıxarmaq üçün drondan istifadə etdilər. 
          Erb-Satullo, " Dron təxminən 11.000 şəkil çəkdi və bu şəkillərin qabaqcıl proqram təminatı ilə birləşdirilməsindən sonra yüksək keyfiyyətli rəqəmsal modellər və ortofotolar yaradıldı'' - deyir. Bütün bu proses topoqrafik xüsusiyyətləri müəyyən etməyə, eləcə də qalanın çölündəki bütün istehkam divarlarının, məzarların, tarla sistemlərinin və digər daş strukturların düzgün xəritəsini çıxarmağa imkan verdi. Nəticədə məlum oldu ki, qala ərazisinin mövcud genişliyi əvvəl düşünüləndən 40 dəfə daha böyükdür. 
    Kale
           Alimlər Asiya, Avropa və Yaxın Şərqin kəsişmə nöqtəsindəki bu önəmli ərazinin əhali sıxlığını, yaşayan canlıları və kənd təsərrüfatı texnikalarını öyrənmək üçün daha çox araşdırma etməyi hədəfləyirlər. Bu araşdırmalar öz növbəsində Son Tunc Dövrü Erkən Dəmir Dövrü xalqlarına və bu xalqların həyat tərzinə dair yeni məlumatların üzə çıxmasına da şərait yarada bilər.
    Paylaş
    Bənzər xəbərlər