main-post-cover

    Qatlana bilən Huawei Mate X smartfonunun satışı yenidən təxirə salınıb

    Elm & Texnologiya
    29.07.2019
    Farid Pardashunas
        Huawei şirkəti qatlana bilən Mate X smartfon modelini hələ bu ilin fevral ayında təqdim etmişdi. Bir neçə gün bundan öncə bu smartfon şirkətin mobil şöbəsinin rəhbərinin əlində görülmüşdü. Güman olunurdu ki, şirkət bu smartfonu sentyabr ayında satışa çıxardacaq. Lakin şirkətin planları anidən dəyişib. Belə ki, şirkətin mobil şöbəsinin prezidenti He Gang bildirib ki, Mate X bazara satışa çıxmağa hələki hazır deyil. Bu barədə Gsmarena saytına istinadən 4pda saytı xəbər verib.
        Onun sözlərinə əsasən şirkət hələ də smartfonun konstruksiyasını optimizasiya edir ki, o, şirkətin keyfiyyət tələblərinə cavab versin. O həmçinin qeyd edib ki, smartfonun hazrlanma prosesi heç gözlənilmədən daha da qəliz olub. “Hər bir insana məlum olmalıdır ki, Huwei şirkətinin keyfiyyət tələbləri çox yüksəkdir. Əgər smartfon bu cür tələblərə cavab vermirsə o, satışa çıxmayacaq. Biz Mate X-ə böyük vəsaitlər sərf etmişik. Biz, yaxşı istehlakçı təcrübəsinə sahib məhsulun yüksək keyfyyətinə zəmanət veririk” - deyə He Gang bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər