main-post-cover

    Qızı iPhone X haqqında video paylaşdığına görə atası 'Apple'dan qovuldu (VİDEO)

    Elm & Texnologiya
    29.10.2017
    Emil Nəcəfov
    “Apple” şirkəti hələ satışa çıxmamış iPhone X smartfonu haqqında YouTube-a video yükləmiş qızın atasını işdən qovdu.
    Bu barədə Brooke Amelia Peterson öz yeni videosunda danışıb. Onun atası hələ satışa çıxmamış məhsulların göstərilməsini qadağan edən qaydanı pozduğu üçün işdən azad olunub. Bir neçə müddət bundan öncə Brooke Amelia Peterson iPhone X barədə video paylaşmışdı. Həin videoda smartfondakı təqvimin, bildiriş panelinin və digər tətbiqlərin necə çalışdığı əks olunmuşdu.
    Bununla yanaşı videoda hər bir şirkət əməkdaşı üçün nəzərdə tutulmuş QR kod da əks olunmuşdu. Sözügedən videoçəkiliş şirkətin kampusunda baş tutumuşdu. Daha sonradan həmin video YouTube-dan silinmişdir. Qeyd etmək lazımdır ki, Amelia-nın atası şirkətdən qovulmamışdan öncə Apple Pay texnologiyası üzərində çalışırdı.

    Linki kopyala