Qlobal istiləşmə sürətli templə irəliləməyə davam edir
Elm & Texnologiya
05.06.2024
Emil Nəcəfov
Yer kürəsi artıq ekstremal istilik dalğaları, quraqlıqlar və meşə yanğınları kimi iqlim problemləri ilə qarşılaşıb. Lakin iqlim ilə bağlı vəziyyət daha da pis ola bilər. Klimatoloqların təqdim etmiş olduqları yeni hesabata əsasən təkcə bu il ucuz enerjinin əldə edilməsi üçün kömürün yandırılması kimi insan fəaliyyətləri planetdəki ortalama temperaturun 1.3 dərəcə Selsi yüksəlməsinə səbəb olub. Əgər insanlar Yer kürəsi atmosferinə belə miqdarda parnik qazlarını bu cür templə ifraz etməyə davam etsələr, vəziyyət daha da acınacaqlı olacaq. Belə ki, mütəxəssislərin sözlərinə əsasən bu halda biz 4 ildən sonra ortalama temperaturun 1.5 dərəcə Selsidən daha yuxarı dərəcədə yüksəlməsinə səbəb olacağıq.
Böyük Britaniyadakı Lids Universitetinin klimatoloq alimi Piers Forster-in sözlərinə əsasən yeni hesabatda əks olunmuş nəticələr insan fəaliyyəti səbəbilə yaranmış qlobal istiliyin planeti necə qızdırdığını yaxşı əks etdirirlər. Bununla belə iqlim dəyişikliyi mövzusunda atılmış bəzi addımlar parnik qazlarının qlobal şəkildə ifraz edilməsi prosesini ləngidiblər. Buna baxmayaraq alimlər bildiriblər ki, Yer kürəsinin qlobal temperaturu heç düzgün olmayan istiqamətdə sürətlə irəliləyir. Keçən ilin iyun ayından başlayaraq hər ay yeni temperatur rekorduna imza atılıb.
Nəticədə 2023-cü il insanlıq tarixinin ən isti ili kimi qeydə alınıb. 2024-cü il isə bu mövzuda yeni rekorda imza atmaq üçün bütün şanslara sahibdir. Bu ekstremal temperatur göstəriciləri bütün dünya üzrə müxtəlif regionlarda quraqlıqlara, meşə yanğınlarına və arktik buzlaqların sürətlə ərimələrinə səbəb olublar. Ekstremal temperatur göstəriciləri üstəlik Sakit okeanda cərəyan edən və El-Ninyo (Sakit okeanın ekvatorial hissəsində su səthinin temperaturunun dəyişməsinə təkan verərək iqlimə təsir göstərən hadisə) kimi tanınan hadisə sayəsində vəziyyəti daha da qəlizləşdirir.
Digər tərəfdən yeni tədqiqatlara əsasən El-Ninyo-nun təsir gücü getdikcə azalıb və yaxın aylarda onu La-Ninyo (El-Ninyo-nun soyuq effektli analoqu) hadisəsi əvəzləyəcək. Bununla belə alimlər xəbərdarlıq ediblər ki, La-Ninyo-ya baxmayaraq temperaturun ani olaraq aşağı düşəcəyini gözləmək lazım deyil. Klimatoloqların təqdim etmiş olduqları yeni hesabatda qeyd edilib ki, 2014-cü ildən 2023-cü ilə kimi olan zaman aralığında ortalama temperatur 1.19 dərəcə Selsi yüksəlib. Alimlərin sözlərinə əsasən qlobal istiləşmə son 10 ildə gəmiçilik sahəsində atmosferə kükürd ifrazının aşağı salınmasının əks effektidir.
Belə ki, daha əvvəllər gəmiçilik sahəsində istifadə edilmiş yanacaq növünün tərkibi 2020-ci ildə dəyişilmişdi. Bu addım havanın gəmilər tərəfindən çirkləndirilməsi hallarının aşağı salınması istiqamətində atılmışdı. Lakin digər tərəfdən kükürd Günəş radiasiyasını yenidən kosmosa əks etdirərək planet üçün soyuducu effekti rolunu oynayırdı. Mütəxəssislər bildiriblər ki, insanlar iqlim dəyişiklikləri mövzusunda ən tez zamanda ciddi addımlar atmalıdırlar. Lakin hətta ən tez zamanda atılacaq addımlar belə iqlim dəyişikliklərinin uzunmüddətli perspektivdə ləngiyəcəklərinə zəmanət vermirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Yer kürəsi insan həyatının bütün sahələrini əhatə edəcək iqlim böhranı ilə qarşı-qarşıyadır. Son məlumatlara əsasən keçən il insanlıq tarixinin ən isti ili kimi qeyd edilib.
İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
Avstraliyanın Monaş Universitetinin mütəxəssisləri bütün dünyada istilik dalğalarının səbəb olduqları ölümlərin qlobal xəritəçəkməsi üzrə ilk tədqiqatı aparıblar.
Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
Heç kim üçün sirr deyil ki, Yer kürəsində artıq iqlim böhranı başlayıb. Başlamış iqlim böhranı səbəbilə bütün dünya yüksək hava temperaturu, quraqlıq və meşə yanğınları ilə qarşılaşıb.
Son 2000 ilin ən isti yay fəsli qeydə alınıb
Son 2000 ilin ən isti yay fəsli qeydə alınıb
Mütəxəssislər Yer kürəsinin gələcəyinə təhlükə mənbəyi kimi çıxış edən iqlim böhranı ilə artıq insanları qorxutmurlar. Belə ki, onların sözlərinə əsasən iqlim böhranı artıq başlayıb.
Yer kürəsində son 100 000 ilin ən isti temperatur dövrü başlayıb
Yer kürəsində son 100 000 ilin ən isti temperatur dövrü başlayıb
Son 10 ay ərzində Yer kürəsi yeni iqlim rekordlarına imza atıb. Bu ilin mart ayı indiyənə kimi müşahidə edilmiş ən isti mart ayı olub.
Həftənin xəbərləri
CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!
OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!