main-post-cover

    Qualcomm büdcəli flaqman smartfonlar üçün 8 nüvəli Snapdragon 870 prosessorunu təqdim edib

    Elm & Texnologiya
    20.01.2021
    Farid Pardashunas
        Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon 870 adlı yeni mobil prosessoru təqdim edib. Təqdim edilmiş yeni Snapdragon 870 prosessoru Snapdragon 865+ ilə Snapdragon 888-in arasındakı yeri tutub və büdcəli flaqman smartfonlar üçün nəzərdə tutulub. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə Snapdragon 870 modeli 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb və faktiki olaraq Snapdragon 865-in daha sürətləndirilmiş versiyası hesab edilir.
        Onun mərkəzi prosessoru 3.2 GHz tezlikdə çalışan 1 ədəd yüksək performanslı Cortex-A77 nüvəsinə, 3 ədəd adi Cortex-A77 nüvəsinə və 4 ədəd Cortex-A55 nüvəsinə sahibdir. Qrafik özəlliklərdən isə Snapdragon Elite Gaming texnologiyasını dəstəkləyən Adreno 650 çipi cavabdehdir. Adreno 650-nin əvvəlki modellərdən nə dərəcədə güclü olması barədə Qualcomm bir məlumat verməyib. Maraqlısı ondadır ki, Snapdragon 870 modeli Snapdragon 865+ modelindən təkcə nüvələrin tezlikləri ilə deyil həmçinin dəstəklənən şəbəkə standartları ilə də fərqlənir.
        Belə ki, Snapdragon 865+ modeli Wi-Fi 6E standartını dəstəklədiyi halda Snapdragon 870 modeli yalnız Wi-Fi 6 dəstəyinə sahibdir. Digər bütün özəlliklər üzrə bu iki prosessor bir-birinə bənzəyir. Belə ki, Snapdragon 870 də 144 Hz-lik təsvir yenilənməsinə sahib ekranları, 200 MP-ə qədər olan kameraları, saniyədə 30 kadr sürətlə 8K videoların çəkilməsini dəstəkləyir və dinamik HDR10+ diapazonu ilə çalışmağı bacarır. Snapdragon 870-ə sahib ilk smartfonlar artıq yaxın zamanda təqdim olunacaqlar. OnePlus, Motorola, Xiaomi OPPO kimi şirkətlər bu prosessordan istifadə edəcəklərini artıq elan ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər