main-post-cover

    Qualcomm Snapdragon 8 Gen 2 adlı yeni flaqman prosessorunu təqdim edib

    Elm & Texnologiya
    16.11.2022
    Farid Pardashunas
        Qualcomm şirkəti Snapdragon 8 Gen 2 adlı yeni flaqman prosessorunu təqdim edib. Beləliklə Qualcomm yeni prosessorun arxitekturasını təkmilləşdirib, onun hesablama gücünü artırıb və ona bəzi yeni texnologiyaların dəstəyini əlavə edib. 8 nüvəli Snapdragon 8 Gen 2 prosessoru 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Qualcomm bildirib ki, Snapdragon 8+ Gen 1-dən fərqli olaraq yeni prosessor 35% daha güclü olub. Bununla belə onun enerji effektivliyi 40% yüksəlib. Snapdragon 8 Gen 2-ni Snapdragon 8+ Gen 1-dən fərqləndirən daha bir özəllik ondan ibarətdir ki, yeni prosessor Wi-Fi 7 standartını və Bluetooth 5.3 texnologiyasını dəstəkləyir. Bununla yanaşı prosessora Snapdragon X70 adlı 5G modem quraşdırılıb.
        Məlumatda qeyd edilib ki, Snapdragon 8 Gen 2 modeli 200 MP-ə kimi olan kamera obyektivlərinin dəstəyinə sahibdir. Bundan əlavə olaraq o, yeni nəsil Hexagon köməkçi neyron prosessorunu özündə birləşdirir. Əvvəlki prosessordan fərqli olaraq yenisində istifadə edilən Hexagon köməkçi prosessoru süni zəka alqoritmləri ilə bağlı əməliyyatların yerinə yetirilməsini 4.35 dəfə sürətləndirir. Bu cür tapşırıqlara misal olaraq real zaman ərzində danışıq nitqinin digər dillərə tərcüməsini, səsli əmrlərin təyin edilməsini, fotoların və videoların emal edilməsini gətirmək olar. Qualcomm həmçinin Snapdragon 8 Gen 2-də prosessorun çəəkiliş imkanlarına ciddi diqqət ayırıb.
        Məsələn yeni prosessor saniyədə 60 kadr sürətlə olan 8K keyfiyyətli HDR videoların sərgilənməsini dəstəkləyir. Bu keyfiyyətdə videoların çəkilməsi imkanını isə prosessor saniyədə 30 kadr sürətlə təqdim edir. Ənənəvi olaraq prosessorda qrafik imkanlardan Adreno çipi cavabdehdir. Lakin şirkət Snapdragon 8 Gen 2-də hansı Adreno modelinin istifadə edildiyi barəsində məlumat verməyib. Sadəcə olaraq qeyd edilib ki, Snapdragon 8+ Gen 1-dən fərqli olaraq yeni prosessorda olan qrafik çipin gücü 25%, enerji effektivliyi isə 45% yüksəlib. Prosessor həmçinin 144 Hz-ik təsvir yenilənməsinə sahib Quad HD+ 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K ekranları dəstəkləyir.
        Qualcmm həmçinin bildirib ki, prosessorda olan Adreno qrafik çipi ray tracing texnologiyasının dəstəyinə sahibdir. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 2-də şirkət tamamilə yeni arxitektura konfiqurasiyasından istifadə edib. Belə ki, yeni prosesosr “1+4+3” arxitektura konfiqurasiyası üzrə hazırlanıb. Yəni Snapdragon 8 Gen 2 modeli 3.2 GHz tezlikdə çalışan bir ədəd Cortex-X3 nüvəsi, 2.8 GHz tezlikdə çalışan 4 ədəd yüksək performanslı nüvə və 2.0 GHz tezlikdə çalışan 3 ədəd enerji effektivliyi nüvəsini əldə edib. Gözləntilərə əsasən Snapdragon 8 Gen 2 prosessoruna sahib ilk smartfonlar artıq bu ilin sonuna kimi təqdim olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər