Qualcomm Snapdragon 855 prosessoru Geekbench testindən keçdi
Elm & Texnologiya
04.09.2018
Farid Pardashunas
Qualcomm şirkəti bir neçə müddət
bundan öncə təqdim olunmuş Kirin 980 prosessoru ilə rəqabət aparacaq yeni
prosessor üzərində çalışır. Şirkətin yeni prosessoru həmçinin Geekbench testindən
də keçib. Hesabatda prosessorun adı hallanmır. Onun yalnız kod adı (msmnile)
qeyd olunub. Bir sıra mənbələrin verdikləri məlumatlara əsasən söhbət,
Snapdragon 855 prosessorundan gedir. Həmçinin məşhur insayder Roland Quandt da
bunun Snapdragon 855 prosessoru olduğunu təsdiqləyib. Çox güman ki, bu həqiqətən
də Snapdragon 855 prosessorudur.
Sözügedən prosessoru 6 GB RAM-a sahib olan və
Android 9 əməliyyat sistemi ilə çalışan smartfon vasitəsilə test ediblər.
Birnüvəli testdə Qualcomm-un yeni prosessoru Apple A11 Bionic prosessorundan
daha az xal toplayıb. Belə ki, birnüvəli testdə prosessor 3697 xal toplayıb.
Apple A11 Bionic isə vaxtı ikən 4300 xal toplamışdı. Çoxnüvəli testdə isə
Qualcomm-un yeni prosessorunun nəticəsi demək olar ki, Apple A11 Bionic-in nəticəsi
ilə eyni olub (10469 xal).
Sonuncu məlumatlara əsasən Qualcomm-un yeni
prosessoru 7 nanometrlik texnoloji proses əsasında hazırlanacaq və Snapdragon
X50 5G modemi ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, prosessorun
istehsalı ilə TSMC şirkəti məşğul olacaq. Şirkətin yeni prosessorunun təqdimat tarixi barəsində heç bir məlumat
yoxdur. Lakin onu da qeyd etmək lazımdır ki, Xiaomi, Sony və OnePlus kimi şirkətlər
artıq Qualcomm-un yeni prosessorundan istifadə edəcək smartfonlar üzərində
çalışırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ