
Redmi 10X smartfon modelinin dizaynı və bəzi texniki özəllikləri ortaya çıxdı
Elm & Texnologiya
23.04.2020
Emil
Redmi brendi artıq sertifikatlaşdırmadan keçmiş yeni smartfon modelinin təqdimatına hazırlaşır. Söhbət, Redmi 10X smartfon modelindən gedir. Lakin təqdimatdan öncə insayderlər sözügedən smartfonun texniki özəllikləri və fotolarını təqdim ediblər. Bu barədə Mydrivers saytı xəbər verib. Beləliklə məumata əsasən Redmi 10X smartfonu MediaTek Helio G85 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 2340x1080 piksel keyfiyyətli ekran, əsas sensoru 48 MP olan dördlü arxa kamera, 13 MP-lik ön kamera və 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xarici görünüşcə smartfon Redmi Note 9 Pro-nu xatırladır. Gözləntilərə əsasən Redmi 10X smartfonu 141$-a satılacaq. Onun təqdimatı və satış tarixi barəsində məlumat verilməyib.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
