main-post-cover

    Redmi brendi 64 MP'lik arxa kameralı smartfonun kamera özəlliyini sərgiləyib

    Elm & Texnologiya
    22.07.2019
    Farid Pardashunas
        Xiaomi şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Redmi rekord göstəricili kameraya sahib smartfonun tizerini paylaşıb. Qeyd etmək lazımdır ki, bu smartfon barədə məlumat hələ keçən ay ortaya çıxmışdı. Bu barədə Gizmochina saytına istinadən 4pda saytı xəbər verib. Təqdim olunacaq smartfonun kamera özəlliyini sərgiləmək üçün yüksək keyfiyyətli detallara sahib foto təqdim olunub. Sözügedən foto Çinin Weibo sosial şəbəkəsindəki Redmi brendinin səhifəsində təqdim olunub.

        Fotodakı detalların yüksək keyfiyyətini sərgiləmək üçün fotoda əks olunmuş pişiyin göz hissəsi böyüdülüb. Həmin fotodan da görmək olar ki. hətta pişiyin gözündə ətrafdakı pəncərənin əksi belə görünür. Hələki gizli olan smartfonun texniki götəriciləri barəsində bir məlumat verilməyib. Güman olunur ki, bu smartfon 64 MP-lik Samsung ISOCELL Bright GW1 kamera modulu ilə təchiz olunacaq. Smartfonun necə adlanacağı və nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər