Redmi brendi büdcəli Redmi 7A smartfon modelini təqdim etdi
Elm & Texnologiya
24.05.2019
Farid Pardashunas
Xiaomi şirkətinin Redmi brendi özünün K20 flaqman smartfon seriyasının təqdimatından öncə büdcəli smartfon seriyasını Redmi 7A adlı smartfonunu təqdim etməklə genişləndirib. Bu barədə Fonearena saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə sözügedən smartfon 8 nüvəli Snapdragon prosessoru, sürətli enerji yığma tenxologiyalı yüksək həcmli batareya və üz tanıma sistemli ön kamera əldə edib.
Redmi 7A modeli 18:9 nisbətli və HD+ keyfiyyətli 5.45 düym IPS ekran ilə təchiz olunub. Ekran üzərində heç bir çıxıntı hissə yoxdur. Buna görə də telefon danışıqları üçün olan səsgücləndiricilər və ön kamera ekranın yuxarı hissəsində olan çərçivədə yerləşdirilib.
Əsas texniki göstəricilərə gəldikdə isə Redmi 7A modeli 8 nüvəli Snapdragon 439 prosessoru, Adreno 505 qrafik sürətləndirici, 3/4 GB RAM, 16/32 GB daxili yaddaş həcmi, 13 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 10 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh eneerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Redmi 7A-nın satış tarixi və qiyməti 28 may tarixində K20 flaqman smartfon seriyasının təqdimatı zamanı açıqlanacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ