Redmi brendi özünün Redmi Watch adlı ilk smart saatını təqdim edib - QİYMƏTİ

Redmi brendi özünün Redmi Watch adlı ilk smart saatını təqdim edib - QİYMƏTİ

Texnologiya
27.11.2020 PAYLAŞIM

    Yeni smartfonlarla birlikdə Xiaomi-nin Redmi brendi həmçinin özünün Redmi Watch adlı ilk smart saatını da təqdim edib. Redmi-nin ilk smart saatı kvadrat formalı dizaynı, uzunmüddətli çalışma özəlliyini və kontaktsız ödənişlər üçün NFC modulu əldə edib. Beləliklə Redmi Watch 320x320 piksel keyfiyyətli 1.4 düym rəngli ekran ilə təchiz olunub. Cihazın çəkisi cəmi 35 qram təşkil edir.

    Smart saat 7 idman rejimini dəstəkləyir. Onların arasında qaçış, velosiped ilə səyahət, üzmə və sürətli yeriş də var. İstifadəçi sözügedən smart saat vasitəsilə həmçinin öz yuxu prosesinin monitorinqini apara, addımlarının sayını və itirdiyi kalorilərin miqdarını təyin edə bilər. Smart saata inteqrasiya edilmiş mikrofon sayəsində isə istifadəçi XiaoAI adlı səsli köməkçi ilə ünsiyyət qura bilər.


    Redmi Watch-un gövdəsi suya davamlıdır və 50 metr dərinliyə tab gətirə bilir. Saatda olan NFC modul vasitəsilə istifadəçi alış-verişləri kontaksız şəkildə ödəyə bilər. Lakin bu funksiyanın Çindən başqa digər ölkələrdə aktiv olub-olmayacağı bilinmir. Məlumata əsasən bir dəfə şarj olunandan sonra Redmi Watch adi rejimdə 7 gün ərzində, enerji sərfiyyatına qənaət rejimində isə 12 gün ərzində çalışa bilir. Smart saat Çində 45$-a satılacaq. Onun qlobal versiyasının olub-olmayacağı da bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


OnePlus şirkətinin həmtəsisçisi Nothing adlı yeni brendini təqdim edib

Bir neçə ay bundan öncə OnePlus-ın həmtəsisçisi Carl Pei şirkətdən ayrılmışdı. Həmin vaxtda o, yeni ..


Smartfonlara inteqrasiya edilə biləcək şəffaf günəş paneli yaradılıb

İnçxon Milli Universitetinin alimləri dünyada ilk dəfə şəffaf günəş panelini yaradıblar.


Avtomobillər üçün yeni prosessorların yaradılması məqsədilə Samsung Tesla ilə əm..

Cənubi Koreyanın kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən gələcəkdəki tam avtono..


Mütəxəssislər məşhur rəsm əsərini 10 GP (giqapiksel) keyfiyyətində rəqəmsallaşdı..

“Mirvari sırğalı qız” tablosu ən məşhur sənət əsərlərindən biridir. Bu tablo sənətşünasların və adi ..


Xiaomi Mi Band 6 smart qolbağının sahib olacağı özəlliklər barədə məlumatlar ver..

Xiaomi şirkəti özünün Mi Band smart qolbaq seriyasını yeniləmək üzrədir. Belə ki, internetdə Mi Band..


Mütəxəssislər zibilliyə atılan smartfonların ümumi dəyərini hesablayıblar..

Statistikaya əsasən hər il 150 milyona yaxın mobil telefon tullantıya çevrilir. Bu isə milyardlarla ..

×