Logo
    Redmi brendi Redmi G27Q adlı yeni oyun monitorunu təqdim edib - QİYMƏTİ

    Redmi brendi Redmi G27Q adlı yeni oyun monitorunu təqdim edib - QİYMƏTİ

        Xiaomi-nin Redmi brendi Redmi G27Q adlı oyun monitorunu təqdim edib. Sözügedən oyun monitoru sürətlə çalışan və nazik çərçivələrə sahib ekran ilə təchiz olunub. Beləliklə Redmi G27Q monitoru 165 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym IPS ekran ilə təchiz olunub. Ekran sRGB rəng diapazonun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə USB Type-C, HDMI, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. USB Type-C girişini həmçinin noutbukun şarj olunması üçün istifadə etmək olar. Redmi G27Q monitoru 240$ qiymətində satışa çıxacaq. Onun nə zaman satışa çıxacağı barəsində məlumat isə daha sonra veriləcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Redmi brendi Redmi G27Q adlı yeni oyun monitorunu təqdim edib - QİYMƏTİ