main-post-cover

    Redmi K20 flaqman smartfon seriyasının təqribi qiymət göstəricisi məlum olub

    Elm & Texnologiya
    24.05.2019
    Farid Pardashunas
        Xiaomi şirkətinin Redmi brendinin ilk flaqman smartfon seriysı olan K20-nin təqdimatına sayılı günlər qalıb. Sözügedən smartfon seriyası barəsində demək olar ki, hər şey məlumdur. Lakin indi K20 seriyasının təqribi qiymət göstəricisi barəsində məlumat da verilib. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Belə ki, Xiaomi şirkətinin sənayə investisiyaları şöbəsindən olan Pan Jiutang adlı şəxs Çinin Weibo adlı sosial şəbəkəsində gözlənilən smartfon seriyasının təqribi qiymət göstəricisi barəsində məlumat verib.
        Onun özlərinə əsasən K20 seriyası üçün olan ən yaxşı qiymət göstəricisi 289$-dan 578$-a kimi olan qiymət göstəricisidir. Xiaomi təmsilçisi əslində böyük bir qiymət diapazonunu qeyd edib. Lakin artıq indidən istifadəçilər smartfon seçimində müəyyən qərarlar qəbul edə bilərlər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi Mi 9 smartfonu Çində 433$-a, Redmi Note 7 Pro isə 231$-a satılır.
        Redmi K20 seriyasının təqdimatı 28 may tarixində baş tutacaq. Son məlumatlara əsasən adi K20 ilə K20 Pro modelləri öz aralarında yalnız sahib olacaqları prosessorlar baxımından fərqlənəcəklər. Belə ki, K20 modelinin Snapdragon 730 prosessoru, K20 Pro modelinin isə Snapdragon 855 prosessoru ilə təchiz olunacağı güman edilir. Digər göstəricilər baxımından isə smartfonlar eyni olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər