main-post-cover

    Redmi'nin flaqman smartfonunun güman olunan adı ortaya çıxdı

    Elm & Texnologiya
    06.05.2019
    Farid Pardashunas
        Redmi brendinin flaqman smartfon modelinin təqdimatının yaxın müddətdə baş tutacağı gözlənilir. Lakin buna baxmayaraq şirkət bu smartfonun əsas özəllikləri və hətta onun adı barəsində məlumat verməyə tələsmir. Bir neçə müddət bundan öncə Redmi brendinin rəhbəri bildirmişdi ki, flaqman smartfon heç də Redmi X adlanmayacaq.
        İndi isə yeni məlumat sızıntısı sözügedən smartfonun güman olunan adını təqdimatdan öncə ortaya çıxartdı. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxmış fotoya əsasən flaqman smartfon Redmi K20 Pro adlanacaq. Belə ki, sosial şəbəkədə hələ təqdim olunmamış smartfonun qoruyucu pərdəsi əks olunub. Həmin qoruyucu pərdənin üzərində isə smartfonun bəzi özəllikləri barəsində məlumatlar yerləşdirilib.

        Beləliklə məlumata əsasən Redmi K20 Pro modeli 6.39 düym AMOLED ekran (ekran üzərində çıxıntı hissə olmayacaq), Snapdragon 855 prosessoru, 48 MP-lik əsas sensorlu üçlü arxa kamera, smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş 20 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Redmi brendinin ilk flaqman smartfon modelinin 15 may tarixində Çində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər