main-post-cover

    Redmi'nin Snapdragon 855 prosessorlu flaqman smartfonunun yeni fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    15.04.2019
    Farid Pardashunas
        İnternetdə Redmi brendinin flaqman smartfon modelinin yeni fotosu yayılıb. Yayılmış foto sözügedən smartfonun bəzi özəllikləri barəsində məlumatları ortaya çıxardıb. Bu barədə Gagadget saytı xəbər verib. Fotonu Xiaomi şirkətinin məhsulları üzrə direktorlarından biri olan Wang Teng Thomas paylaşıb.

        Təqdim olunmuş fotoda Redmi-nin flaqman smartfon modelinin prototipi əks olunub və o, smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə inteqrasiya edilmiş ön kameraya sahibdir. Ön kameranın yanında isə 3.5 mm-lik audiogiriş hissəsi yerləşir. Təəssüflər olsun ki, smartfon barıəsində əlavə məlumat yoxdur.
        Sadəcə olaraq məlumdur ki, smartfon Snapdragon 855 prosessoru və 48 MP-lik arxa kamera ilə təchiz olunacaq. Redmi brendinin flaqman smartfon modeli artıq may ayının əvvəlində təqdim olunmalıdır. Onun güman olunan qiymət göstəricisi isə 370$-dır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər