Redmi Note 8 Pro'nun bütün texniki göstəriciləri təqdimatdan öncə məlum oldu
Elm & Texnologiya
28.08.2019
Emil
Artıq sabah Redmi brendi növbəti smartfon seriyası olan Redmi Note 8-i təqdim edəcək. Həmin seriyaya adi Redmi Note 8 və Note 8 Pro modelləri daxil olacaqlar. Təqdimata çox az müddət qaldığına baxmayaraq smartfon barəsində məlumat sızıntısı hələ də baş verir. İndi isə Redmi Note 8 Pro modelinin bütün texniki göstəriciləri təqdimatdan öncə məlum oldu. Bu barədə 4pda saytı xəbər verib.
Beləliklə Note 8 Pro modeli Full HD+ keyfiyyətli 6.53 düym ekran, ekran üzərində damcı formalı çıxıntı hissə, MediaTek Helio G90T prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 64 MP (f/1.7 diafraqmalı Samsung ISOCELL Bright GW1 kamera modulu) + 8 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP (2 sm fokus məsafəli makroobyektiv) + 2 MP (ToF modul) dördlü arxa kamera, 20 MP-lik ön kamera, 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya, USB Type-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunacaq.
Smartfon MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalşacaq. Məlumata əsasən 6 GB RAM və 64 GB daxili yaddaşa sahib model 250$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib model isə 295$-a satılacaq.