main-post-cover

    Redmi Note 9S smartfon modelinin təqdimatı anons olundu

    Elm & Texnologiya
    16.03.2020
    Farid Pardashunas
        Hələ bir neçə gün bundan öncə Redmi brendi Hindistanda Redmi Note 9 Pro və Note 9 Pro Max smartfon modellərini təqdim etmişdi. İndi isə sözügedən smartfon seriyasının daha bir modelinin təqdimatı Malayziyada baş tutacaq. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə Redmi brendinin təqdim etmiş olduğu posterə əsasən 23 mart tarixində Malayziyada Redmi Note 9S smartfon modeli təqdim olunacaq.
        Qeyd etmək lazımdır ki, sözügedən smartfon barəsində məlumat daha öncədən ortaya çıxmamışdı. Təqdim edilmiş posterdən də görmək olar ki, Redmi Note 9 Pro və Note 9 Pro Max modelləri kimi Redmi Note 9S modeli, üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntıya sahib ekran və dördlü arxa kamera ilə təchiz olunacaq.
        Qeyd etmək lazımdır ki, bu, adında S hərfi olan ilk Redmi modeli deyil. Bel ki, keçən il Hindistanda Redmi Note 7S modeli təqdim edilmişdi. Həmin model isə 48 MP-lik arxa kameraya sahib adi Redmi Note 7 modeli idi. Buna görə də heç istisna deyil ki, Redmi Note 9S smartfonu bir neçə müddət bundan öncə təqdim edilmiş modellərdən birinin sadəcə olaraq adının dəyişdirilmiş versiyasıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər