
Redmi Pad 2 planşetinin təqdimatı çox yaxındır
Elm & Texnologiya
31.07.2023
Emil
Biz artıq dəfələrlə bildirmişik ki, Xiaomi-nin Redmi brendi Redmi Pad 2 planşetinin təqdimatına hazırlaşır. Görünür, təqdimat artıq çox yaxındır. Belə ki, Redmi Pad 2 planşeti Safety Korea adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Ortaya çıxmış foto planşetin ön panelini sərgiləyir. Daha öncəki məlumat sızıntılarına inansaq, Redmi Pad 2 planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib LCD ekran, Snapdragon 680 prosessoru, 4 GB RAM, 8 MP-lik arxa kamera və 5 MP-lik ön kamera ilə təchiz olunacaq. Çox güman ki, Redmi Pad 2 avqust ayının əvvəlində təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər