Logo
    Robot ilə cinsi əlaqə. Növbəti seksual inqilab, texnoloji olacaq

    Robot ilə cinsi əlaqə. Növbəti seksual inqilab, texnoloji olacaq

    Virtual reallıq və robotlar, insanların seksual münasibətlər haqqındakı təsəvvürlərini tamamilə dəyişə bilərlər.

    Heç istisna deyil ki, gələcəkdə intim mövzu baxımından insanlar bir-birilərinə lazım olmayacaqlar. Robotlar və virtual partnyorlarla münasibət isə cinsi əlaqəni əvəz edəcək. 20-ci əsrin ortalarında bütün nikahlar, cütlüklərin ailələri tərəfindən (Hindistanda 95%) təşkil olunurdu. Rəsmi münasibətə başlama mövzusunda isə kişi üçün orta yaş həddi 23, qadın üçün 20 idi. Müasir dövrdə valideynlər öz övladlarının münasibət quruluşunda demək olar ki, iştirak etmirlər. Razılaşma yolu ilə nikahların faiz göstəricisi 15% təşkil edir. Bu məlumatlar daha qlobal şəkildə təqdim edildiyi üçün inkişaf etmiş ölkələrdə bu göstərici daha aşağıdır. 2010-cu ildə rəsmi nikaha keçid mövzusu baxımından orta yaş həddi kişilər üçün 30, qadınlar üçün 29 idi. Nikah yaşının artması ilə yanaşı həmçinin seksual ilişkilər də dəyişir. İnsanlar, canlı partnoylara olan maraqlarını itirir və çətin seçim qarşısında qalmaqdan yorulurlar. ABŞ-da 40 milyona yaxın insan, online tanışlıq servislərindən istifadə edir. Bu isə ildə 2.4 milyard dollar gəlir gətirən xüsusi sənayenin yaranmasına gətirib çıxardı. Mütəxəssislərin proqnozlarına əsasən yaxın gələcəkdə xüsusi servislər, süni zəka vasitəsilə sizin üçün genomunuza və psixoqrafikinizə uyğun partnyor tapacaqlar.
    İlk dəfə partnyorunuzla görüşən zaman isə AR eynəklər vasitəsilə öz partnyorunuz haqqında məlumatları əldə edə biləcəksiniz. Bəlkə də siz bilmək istəyəcəksiniz ki, sizin partnyorunuz sizə qarşı hansı hisləri keçirdir. Beləliklə AR eynəklərdə olacaq kameralar, partnyorunuzun göz qişalarını izləyərək sizə bu məlumatları verə biləcək. Bundan əlavə olaraq real cinsi əlaqəni, onun texnoloji əvəzedicisi sıxışdırıb çıxardır. Yaponiyada daha çox kişilər heç zaman cinsi əlaqədə olmadıqları virtual partnyorlara üstünlük verirlər. 45% yaponiyalı tənha qızlar və 16-24 yaş arası gənc oğlanlar isə qeyd edirlər ki, onlar ümumiyyətlə cinsi əlaqədə maraqlı deyillər. Əgər heç bir tədbir görülməsə, onda bu cür temp ilə 2060-cı ilə kimi Yaponiyanın əhalisi 3 dəfə azalacaq. Virtual reallıq, seksual nihilizmə təhrik edəcək. VR-da pornoqrafiya peyda olacaq (artıq olub). Müəyyən vaxtdan sonra isə insanlar ümumiyyətlə robotlarla ciddi münasibətlərə başlayacaqlar. Cinsi əlaqə daha əlçatan ucuz, maraqlı və həyəcanverici olacaq. Bütün bunların qaranlıq tərəfi ondan ibarətdir ki, insanların, fantaziyalar dünyasına keçmələri, real həyatın onlar üçün darıxdırıcı xarakter daşımağa gətirib çıxardacaq. Bu isə öz növbəsində sosial aktivliyin azalmasına, uşaq doğuşlarının aşağı düşməsinə və digər sosial, iqtisadi problemlərə gətirib çıxaracaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Robot ilə cinsi əlaqə. Növbəti seksual inqilab, texnoloji olacaq