Logo
    main-post-cover

    Robot vasitəsilə süni mayalandırılmış ilk uşaq dünyaya gəlib

    Elm & Texnologiya
    11.04.2025
    Emil
         Spermanın sitoplazmaya yeridilməsi metodu - süni mayalanmanın bir növü olan bu üsul 1990-cı illərdə hazırlanıb və bu günə qədər geniş şəkildə tətbiq olunur. Peşəkar embrioloq bir spermatozoid hüceyrəsini yetkin yumurta hüceyrəsinə inyeksiya edir. ABŞ və Meksikadan olan bir qrupun hazırladığı yeni yanaşma bu prosesi insan nəzarətindən çıxarır. Süni zəka əsaslı platforma bu prosedurun 23 mərhələsinin hamısını avtomatlaşdıraraq misilsiz dəqiqlik və ardıcıllıq təmin edir. “ICSI metodu” kimi tanınan bu yeni sistem özündə müasir robot texnologiyasını və süni zəka alqoritmlərini birləşdirir.
         Alqoritmlər təkcə mikroinyeksiyaları deyil, həm də seçilmiş spermatozoidlərin hərəkətsizləşdirilməsi üçün istifadə olunan lazerləri idarə edirlər. Avtomatlaşdırılmış sistem Nyu-York və Qvadalaxarada yerləşən Conceivable Life Sciences şirkətindən olan multidissiplinar mütəxəssislər qrupu tərəfindən hazırlanıb və təsvir edilib. Süni mayalanma prosesi Hope IVF Mexico (Qvadalaxara) klinikasında məhsuldarlıq laboratoriyasında müxtəlif avtomatlaşdırma proseslərinin pilot araşdırması çərçivəsində müşahidə şurasının nəzarəti altında həyata keçirilib. Nəticəsində körpənin dünyaya gəldiyi təcrübədə daha əvvəl uğursuz süni mayalanma təcrübəsi olan 40 yaşlı bir pasient iştirak edib.
         Avtomatlaşdırılmış ICSI sistemi donor yumurta hüceyrələrindən beşini mayalandırıb, əlavə olaraq üç yumurta hüceyrə isə klinika əməkdaşları tərəfindən əl ilə mayalandırılıb. Avtomatlaşdırılmış prosedur hər bir yumurta hüceyrəsi üçün təxminən 10 dəqiqədən az vaxt aparıb. Müəlliflərin sözlərinə görə, gələcəkdə ediləcək təkmilləşdirmələr bu sürəti daha da artıra bilər. “İntellektual sistemin sayəsində - professor Mendisabal-Ruis izah edir - sistem spermanı avtonom şəkildə seçir və onu inyeksiya üçün hazır vəziyyətə gətirərək lazer vasitəsilə onun orta hissəsini dəqiq şəkildə hərəkətsizləşdirir.
         Bu sürətli və dəqiq prosesi insan imkanlarını üstələyən dəqiqlik səviyyəsində yerinə yetirir”. Robot tərəfindən mayalandırılan beş yumurta hüceyrəsindən dördü normal şəkildə inkişaf edib. 3700 kilometr məsafədən məsafədən idarə olunan inyeksiya ilə yaradılan embrion kisəsi dondurulub və sonradan pasientin uşaqlığına köçürülüb. Hamiləlik heç bir fəsadsız keçib və nəticədə sağlam bir oğlan uşağı dünyaya gəlib. Yaradıcıların sözlərinə görə, ICSI metodunun avtomatlaşdırılması nəticələrin səmərəliliyini və sabitliyini artırmaqla yanaşı, insan operatorların üzərindəki yükü də azalda bilər.
    Mənbə: Eurekalert
    Paylaş
    Bənzər xəbərlər
    huceyre-terapiyasi-sicanlarda-parkinson-xesteliyinin-simptomlarini-aradan-qaldirib
    Elm & Texnologiya

    Hüceyrə terapiyası siçanlarda Parkinson xəstəliyinin simptomlarını aradan qaldırıb

    Alimlər Parkinson xəstəliyi zamanı neyrodegenerasiya əlamətlərinin aradan qaldırılması üçün təkmilləşdirilmiş insan kök hüceyrələrinin uğurla tətbiq olunduğunu bildiriblər.
    ayin-uzaq-kecmisde-yerin-bir-hissesi-olmasina-dair-subut-elde-edilib
    Elm & Texnologiya

    Ayın uzaq keçmişdə Yerin bir hissəsi olmasına dair sübut əldə edilib

    Çin tərəfindən həyata keçirilmiş “Chang’e-6” missiyası ilə Yerə gətirilmiş Ay süxur nümunələrinin yeni tədqiqatı, Ayın görünməyən tərəfindəki mantiyada suyun miqdarının, Yerə yaxın tərəfindəki mantiyaya nisbətən daha az olduğunu göstərir.
    gunes-sisteminden-kenarda-yere-benzer-planetde-ilk-defe-atmosfer-askar-edilib
    Elm & Texnologiya

    Günəş sistemindən kənarda Yerə bənzər planetdə ilk dəfə atmosfer aşkar edilib

    L 98-59 c adlı qaya tipli planet, qırmızı cırtdan tipli bir ulduzun ətrafında fırlanır və bizdən 35 işıq ili uzaqlığında yerləşir - bu da kosmik ölçülərə görə yaxın məsafə hesab olunur.
    yer-ucun-tehlukeli-hesab-edilmis-2024-yr4-asteroidinin-menseyi-teyin-edilib
    Elm & Texnologiya

    Yer üçün təhlükəli hesab edilmiş 2024 YR4 asteroidinin mənşəyi təyin edilib

    Arxiv.org saytında 2024 YR4 adlı asteroidə dair ilk hərtərəfli qiymətləndirməni təqdim edən bir tədqiqat işi dərc olunub. Bu məqalə astronomiya sahəsində ən nüfuzlu elmi jurnallardan biri olan The Astrophysical Journal Letters üçün hazırlanıb.
    qara-delikler-bizleri-tukenmez-enerji-menbeyi-ile-temin-ede-bilerler
    Elm & Texnologiya

    Qara dəliklər bizləri tükənməz enerji mənbəyi ilə təmin edə bilərlər

    Qara dəliklər gələcəkdə bəşəriyyətin enerji problemlərini həll edə biləcək təmiz və demək olar ki, tükənməz enerji mənbəyi ola bilərlər. Fiziklər bu enerjinin hansı şəkildə əldə oluna biləcəyini izah ediblər.