Samsung barmaq izi skanı vasitəsilə ürək döyüntülərini ölçə bilən OLED ekranını təqdim edib

Samsung barmaq izi skanı vasitəsilə ürək döyüntülərini ölçə bilən OLED ekranını təqdim edib

Texnologiya
23.05.2023 PAYLAŞIM

    Samsung şirkəti heç bir əlavə sensordan istifadə etməyərək istifadəçinin barmaq izi skanı vasitəsilə ürək döyüntülərini ölçə bilən OLED ekranı təqdim edib. Bu, dünyada birinci belə bir ekrandır. Samsung bu texnologiyanın necə çalışdığı barəsində məlumat verib. Şirkətin yeni ekranlarının prototipləri orqanik fotodiodlarla təchiz olunublar. Bu isə on deməkdir ki, ekranların hər bir pikseli ətrafdakı işığı udaraq onun sayı barəsində məlumatı sistemə (smartfon, smart saat və s.) ötürə bilir.


    Buna görə də bu cür ekran ürək döyüntülərini ölçən sensor qismində çalışa bilər. “İnsanın qan təzyiqini dəqiq şəkildə ölçmək üçün onun hər iki qolundakı təzyiqi təyin etmək lazımdır. Sensorlu OLED ekran isə taxıla bilən digər cihazlarla müqayisədə eyni anda bir neçə barmağı skan edərək istifadəçi səhhətininin vəziyyəti ilə bağlı dəqiq məlumatı təqdim edir” - deyə Samsung Display təmsilçisi qeyd edib. Hazırlanmış yeni OLED ekran əlavə sensor olmadan istifadəçinin barmaq izlərini tanıya, onun stress və təzyiq səviyyəsini təyin edə və ürək döyüntülərini ölçə bilər. Bu cür OLED ekranın kommersiya məqsədli cihazlara nə zaman inteqrasiya ediləcəyi bilinmir.



DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×