Logo
    main-post-cover

    Samsung bu il ilk qatlana bilən planşetini təqdim edə bilər

        İnsayderlərin verdikləri yeni məlumata əsasən Samsung şirkəti qatlana bilən planşet modeli üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkət tərəfindən hazırlanan qatlana bilən planşet modeli Galaxy Z Tab adını əldə edəcək və Galaxy Tab S9 planşetləri ilə eyni vaxtda təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Samsung daha öncə bu cür planşet üzərində çalışdığı barəsində heç bir məlumat verməyib. Buna görə də planşetin hansı form-faktora sahib olacağı bilinmir. Galaxy Tab S9 planşet seriyasının avqust ayında təqdim ediləcəyi gözlənilir. Heç istisna deyil ki, şirkət həqiqətən də qatlana bilən planşet modelini Galaxy Tab S9 modelləri ilə birlikdə təqdim etsin.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung bu il ilk qatlana bilən planşetini təqdim edə bilər | Technote