main-post-cover

    Samsung bu səfər Hollandiyada məhkəməlik oldu

    Elm & Texnologiya
    27.03.2018
    Nijat Hamid
    Mobil cihaz bazarında xətri sayılan bir hissəyə malik olan Samsung bildiyimiz kimi davalar və məhkəmələr ilə çoxlu problemlər yaşayır. Bunlar içində ən əsaslı olanları patent davaları olur. İndi isə Hollandiyada istifadəçini qoruma qurumlarından biri olan Consumentenbond şirkəti Samsung-u məhkəməyə verdi. Məhkəməyə təqdim olunan səbəb isə bizcə çox da onəmli bir şey deyil.
    Consumentenbond şirkəti Hollandiyada satışa çıxarılan bəzi modellərə yenilənmə yayımlamadığı səbəbi ilə Samsung-u məhkəməyə verdi    
    Bildiyimiz kimi Google siyasəti səbəbi ilə artıq mobil cihaz şirkətləri də öz cihazlarını 2 ilə qədər yenilənmə dəstəyi verir. Amma bu rəsmi olaraq bir qərar olmadığı üçün, hər şirkət, hətta hər model telefona görə dəyişdiyi üçün əsaslı səbəb hesab edilməsə də, Samsung məhkəməyə çıxarılacaq. Consumentenbond adlı qurumun bunu etməkdə əsas məqsədi, mobil telefonlar üçün yenilənmə dəstəyinin 2 il olması artıq qəti şəkildə tətbiq olunmasıdır. Qurumun digər bir iddiası isə bu 2 illik müddət telefon satışa çıxarılan andan etibarən deyil, istifadəçinin telefonu aldığı andan etibarən başlamalıdı. Yəni, siz 2017-ci ildə istehsal olunan Samsung S7 modelini 2018-də almısınızsa, yenilənmə dəstəyi 2017-ci ildən yox, 2018-ci ildən hesablanmalıdı. 2 illik yenilənmə dəstəri rəsmi olaraq qəbul edilən bir qərar olmadığı üçün məhkəmə zamanı Samsung-u avantajlı mövqeyə gətirir. Ayrıca qeyd edək ki, çıxdıqdan 4 il sonra belə yenilənmə alan Galaxy S4 modeli məhkəmədə Samsung-un uduzmasına mane olacaq səbəblərdən biridir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər