main-post-cover

    Samsung Galaxy A90 barəsində yeni məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    23.06.2019
    Emil Nəcəfov
        Biz bir neçə dəfə xəbər vermişdik ki, Samsung şirkəti özünün Galaxy A seriyasının flaqman smartfon modeli üzərində çalışır. Söhbət, Galaxy A90 smartfonundan gedir. İndi isə internetdə sözügedən smartfon barəsində yeni məlumatlar ortaya çıxıb. Bu barədə Galaxy Club saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən şirkət hələ də bu smartfon üzərində aktiv işləyir. Məlumat sızıntısına inansaq, Galaxy A90 modeli 5G şəbəkə dəstəkli modemə sahib olacaq.
        Bununla yanaşı məlumatda qeyd olunub ki, Galaxy A90 32 MP + 8 MP ikili arxa kamera ilə təchz olunacaq. Həmin arxa kameranın Galaxy A80 modelindəki kimi çevrilib-çevrilməyəcəyi bilinmir. Qeyd etmək lazımdır ki, əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Galaxy A90 modeli Snapdragon 730 və ya Snapdragon 730G prosessoru, 6/8 GB RAM və 45 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı batareya ilə təchiz olunacaq. Smartfonun UI interfeysli Android Pie əməliyyat sistemi ilə çalışacağı güman edilir. Galaxy A90 smartfon modelinin təqdimat tarixi barəsində hələki heç bir məlumat yoxdur.
    Linki kopyala