main-post-cover

    Samsung Galaxy C10 modelinin ilk foto texniki göstəriciləri sızdırıldı

    Elm & Texnologiya
    16.07.2017
    Farid Pardashunas

    Uzun müddət ərzində “Samsung” şirkəti, ikili arxa kamera özəlliyindən qaçırdı.

    Lakin bu ilin sonuna kimi şirkət, ikili arxa kameraya sahib 4 ədəd smartfonu satışa çıxartmalıdır. Maraqlısı ondadır ki, onlardan 3-ü həm flaqman, həmdə orta səviyyəli modellərə aiddir. Deməli bu il ikili arxa kamera özəlliyinə sahib olacaq smartfonlar bunlardır: Galaxy Note 8, Galaxy C7 (2017), Galaxy J7 (2017)Galaxy C10. Bu 4 smartfon barədə bir sıra məlumatlar artıq var. Bir neçə müddət bundan öncə isə Galaxy Note 8 və Galaxy J7 (2017) modellərinin fotoları da sızdırılmışdı. İndi isə Galaxy C10 modelinin ilk fotoları sızıdırlıb. Məlumatlara əsasən Galaxy C10, 6 inç Full HD ekran, satılacağı regiondan asılı olaraq Snapdragon 660 və ya Exynos 7872 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq fotodan da görmək olar ki, səs idarəetməsi üçün nəzərdə tutulmuş düymənin alt hissəsində Bixby səsli asistantdan istifadə üçün xüsusi düymə də yerləşdiriləcək. 64 GB daxili yaddaşa sahib olacaq Galaxy C10 modelinin 515$ qiymətində satışa çıxacağı gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər