main-post-cover

    Samsung Galaxy Note 20 modellərinin ekranları barəsində məlumat verilib

    Elm & Texnologiya
    12.05.2020
    Emil Nəcəfov
        Analitik, insayder və DSCC (Display Supply Chain Consultants) şirkətinin təsisçisi Ross Young, Galaxy Note 20 smartfon seriyası barəsində məlumat verməyə davam edir. Beləliklə onun verdiyi yeni məlumata əsasən Galaxy Note 20 seriyasına 2 ədəd smartfon modeli daxil olacaq: Galaxy Note 20 və Note 20+. Bu isə o deməkdir ki, Samsung şirkətinin yeni flaqman smartfon seriyasında Galaxy Note 20 Ultra modeli olmayacaq.
        Bu barədə Gagadget saytı xəbər verib. Ross Young həmçinin qeyd edib ki, adi Galaxy Note 20 modeli 2345x1084 piksel keyfiyyətli 6.42 düym Super AMOLED ekran, Note 20+ modeli isə 3096x1444 piksel keyfiyyətli 6.87 düym Super AMOLED ekran ilə təchiz olunacaq. Beləliklə Galaxy Note 10 seriyası ilə müqayisədə Galaxy Note 20 seriyasının ekran ölçüləri bir qədər böyük olacaqlar. Hər iki smartfonun ekranı 120 Hz-lik təsvir yenilənməsi özəlliyinə sahib olmalıdır. 
    Linki kopyala