
Samsung Galaxy Note 8-in təqdimat tarixi rəsmi olaraq açıqlandı
Elm & Texnologiya
21.07.2017
Emil
“Samsung” şirkəti özünün yeni flaqman modeli olacaq Galaxy Note 8-in təqdimat tarixini təsdiqləyib.

Galaxy Note 8, 23 Avqust tarixində Nyu York şəhərində təqdim
olunacaq. Bundan əlavə olaraq şirkət həmçinin cihazın keyfiyyətli fotolarını da
təqdim edib. Təqdim olunmuş tizer fotoda, Galaxy S8-ə bənzəyən cihazı görmək
olar. Lakin tizer fotodakı cihazın ölçüsü Galaxy S8-dən bir qədər böyükdür. Təbii
ki, fotoda həmçinin S Pen-i görmək olar. Həmçinin fotoda “Do bigger things” cümləsi əks olunub.
Bu cümlə isə Galaxy Note seriyasında istifadə olunur. Bundan əlavə olaraq gələn
ayın sonunda bu cihazın anonsu öncəsi onun yeni fotoları da yayılıb. Daha əvvəlki
fotolardan fərqli olaraq yeni fotolarda Note 8-in kənar hissələri daha dairəvidir.
Beləliklə dizayn cəhətdən o, Galaxy S8 ilə Galaxy S8+ modellərini xatırladır.
Buna baxmayaraq adı çəkilmiş modellərdən fərqli olaraq Note 8-in aşağı və
yuxarı panelləri daha nazikdir. Məlumatlara əsasən Galaxy Note 8, 6.3 inç Super
AMOLED ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 6 GB RAM, 3300 mAh enerji
tutumlu batareya və 12 MP-lik ikili arxa kamera ilə təchiz olunacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
