
Samsung Galaxy S8 telefonu 3D Touch xüsusiyyətinə sahib olacaq
Elm & Texnologiya
07.05.2017
Farid
Samsung-un yeni ildən etibarən istifadəçilərə təqdim etməyə hazırlaşdığı Galaxy S8 telefonu haqqında məlumatlar gəlməyə davam edir. Yeni iddiaya görə naviqasiya düymələri 3D Touch-a bənzər funksiya daşıyacaq.
David Ruddock adlı Android Police-i redaktoru
bu iddianı təstiqləyib. Bundan əlavə Bloomberg də Samsung-un bundan sonra
tanıdılacaq bütün ağıllı telefonlarında virtual ana ekran düyməsinin olacağını
bildirmişdi.

Davida görə, şirkət 3D Touch-ın
funksiyasını daşıyacaq naviqasiya düymələrinə keçid edəcək. Bu da Samsung-un təyziqə
davamlı bir ekran istifadə edəcəyinə işarə edir. Ruddock barmaq izi
sensorunun cihazın ön hissəsində olmayacağını iddia edir, çünki yeni yeri
haqqında məlumat verilməyib. Synaptics, qısa zaman əvvəl ağıllı telefonlar üçün
ilk optik barmaq izi sensorunu təqdim etmişdi. Bu texnologiyanın Galaxy S8-də istifadə
olunacağı ehtimal olunur.
Paylaş
Bənzər xəbərlər