
"Samsung", Galaxy S8 üçün qulaqlıq istehsalında "Apple"ın yolu ilə gedəcək
Elm & Texnologiya
07.05.2017
Farid
Məlumata əsasən "Samsung” şirkəti Galaxy S8 ilə birlikdə yeni naqilsiz qulaqlıqları da təqdim edəcək.
Deyilənə görə Galaxy S8 də iPhone 7 və iPhone 7 Plus modelləri
kimi standart 3.5 mm-lik audio girişdən məhrum olacaq. Məhz buna görə şirkət
yeni naqilsiz aksessuar üzərində çalışır. Şaiyələrə əsasən "Apple”dan fərqli
olaraq "Samsung”, yeni naqilsiz qulaqlıqları ayrıca və baha qiymətə satmayacaq. "Technote.az"ın "SamMobile"a istinadən verdiyi xəbərə əsasən həmin qulaqlıqların Galaxy S8 komplektinə daxil olacağı gözlənilir. Bununla belə
qulaqlıqların komplektə daxil olması, smartfonun qiymətinə təsir etməyəcəyi
söylənilir. Görünür qulaqlıq məsələsində "Samsung”, "Apple”ın yolu ilə getməyi
qərara alıb. Qeyd etmək lazımdır ki, sözügedən qulaqlıqlar, şirkətin ilk
naqilsiz qulaqlıqları deyil. Hələ bu ilin İyul ayında şirkət, Gear IconX adlı
naqilsiz fitnes qulaqlıqları satışa çıxarmışdı. Şarj yığma keysli, daxili
yaddaşı və bir sıra ötürücüləri olan qulaqlığın qiyməti 130$ təşkil edirdi.
Planda olan yeni naqilsiz qulaqlıq vasitəsilə isə şirkət müştərilərin brendə
olan inamlarını qaytarmaq və beləliklə iPhone ilə ciddi rəqabət aparmaq niyyətindədir.
Paylaş
Bənzər xəbərlər