
Samsung Galaxy SmartTag 2 axtarış trekerinin təqdimatı çox yaxındır
Elm & Texnologiya
01.08.2023
Emil
Bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti itmiş əşyaların axtarışı üçün nəzərdə tutulmuş Galaxy SmartTag axtarış trekerinin ikinci nəslini təqdim edəcək. Galaxy SmartTag 2-nin keçən həftə baş tutmuş Galaxy Unpacked tədbirində təqdim olunacağı gözlənilirdi. Lakin nəticədə bu, baş vermədi. İndi isə Samsung-un yeni axtarış trekeri ABŞ-n FCC adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb.
FCC-nın məlumatlar bazasında ortaya çıxmış fotoya əsasən Galaxy SmartTag 2 yenilənmiş dizayna və bir qədər böyük ölçüyə sahib olacaq. Bununla yanaşı Samsung-un yeni axtarış trekeri Bluetooth 5.2 texnologiyasının dəstəyini özündə birləşdirəcək. Daha öncəki məlumat sızıntılarına əsasən Galaxy SmartTag 2-nin çalışma radiusu daha geniş olacaq. Yeni axtarış trekerinin yaxın zamanda təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər