Logo
    main-post-cover

    Samsung Galaxy Tab S9 FE və Tab S9 Lite planşetləri Geekbench 6 testlərindən keçiblər

        Keçən həftə məlum olmuşdu ki, Samsung Galaxy Tab S9Tab S9 Ultra planşetləri Geekbench 6 testlərindən keçiblər. İndi isə Galaxy Tab S9 seriyasına daxil olacaq daha iki planşet modeli də Geekbench 6 testlərindən keçib. Söhbət, Galaxy Tab S9 FE ilə Tab S9 Lite-dan gedir. Geekbench 6 testlərindən keçmiş bu planşetlər Exynos 1380 prosessoru ilə təchiz olunublar. SM-X616B model nömrəsinə sahib planşet 8 GB RAM-a sahibdir və o, Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 980 xal, çox nüvəli testi çərçivəsində isə 2344 xal toplayıb.
        SM-X516B model nömrəsinə sahib planşet 2 GB RAM-a sahibdir və o, Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 991 xal, çox nüvəli testi çərçivəsində isə 2410 xal toplayıb. Bu model nömrələrindən hansının Galaxy Tab S9 FE-yə, hansının Tab S9 Lite modelinə aid olduğunu söyləmək çətindir. Belə ki, Galaxy Tab S8 seriyasında FE və Lite modellər olmadığından yeni planşetlərin model nömrələrini fərqləndirmək olmur.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy Tab S9 FE və Tab S9 Lite planşetləri Geekbench 6 testlərindən keçiblər | Technote