Logo
    main-post-cover

    Samsung Galaxy Tab S9 ilə Tab S9 Ultra planşetləri Geekbench 6 testlərindən keçiblər

        Yay fəslində Samsung şirkəti Galaxy Tab S9 planşet seriyasını təqdim etməlidir. Bu planşet seriyasına Galaxy Tab S9, Tab S9+Tab S9 Ultra modellərinin daxil olacağı gözlənilir. İndi isə məlum olub ki, Galaxy Tab S9 ilə Tab S9 Ultra modelləri Geekbench 6 testlərindən keçiblər. Geekbench 6 məlumatlarına əsasən sözügedən planşetlər Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunublar. Geekbench 6 testlərindən sözügedən planşetlərin 8 GB RAM-a sahib versiyaları keçib. Demək olar eyni texniki göstəricilərə sahib olmalarına baxmayaraq ən yaxşı test nəticələrini məhz Galaxy Tab S9 Ultra modeli sərgiləyib. Belə ki, o, Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 2028 xal, çox nüvəli testi çərçivəsində isə 5376 xal toplayıb. Adi Galaxy Tab S9 modelinə gəldikdə o, Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 1928 xal, çox nüvəli testi çərçivəsində isə 4727 xal toplayıb.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy Tab S9 ilə Tab S9 Ultra planşetləri Geekbench 6 testlərindən keçiblər | Technote